|
“Neftqaztikinti” Tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış “Azərdənizneftinşaat” və 07 may 1979-cu ildə yaradılmış “Xəzərdənizneftqaztikinti” Trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.
Dünya praktikasında açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin “Neft Daşları” rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə Trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılmışdır.
Hal-hazırda Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:
-
Dənizdə (150m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;
-
Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;
-
Yeraltı qaz saxlama anbarlarının tikintisi;
-
Dəniz estakadalarının tikintisi (0-30m);
-
Liman və liman qurğularının tikintisi;
-
Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;
-
Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;
-
Yataqların elektrik təchizatı sisteminin qurulması;
-
Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;
-
Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;
-
Metal konstruksiyaların korroziyadan mühafizə işləri;
-
Mülki tikinti;
-
Dəmir-beton məmulatlarının istehsalı;
-
Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması;
-
Metal-konstruksiyaların yığılması;
-
Asfalt-beton istehsalı;
-
Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;
-
Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;
-
Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;
-
Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.
BÖLMƏLƏR
Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti Quraşdırma İdarəsi (TQİ-1 - TQİ-8), İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (İTTİ), Yol Tikinti Təmir İdarəsi (YTTİ), Səyyar Mexanikləşdirilmiş İdarə (SMİ), Dəmir Beton Məmulatları Zavodu (DBMZ), Avtonəqliyyat İdarəsi (Aİ), Xüsusi Texnika İdarəsi (XTİ), Anbar Təsərrüfatı İdarəsi (ATİ), Gürcüstan Nümayəndəliyi (GN), Abu-Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti (İUD), Keyfiyyətə Nəzarət Departamenti (KND), Qaynaq Texnologiyası, Dağılan və Dağılmayan Müayinə Mərkəzi (QT, D və DM M) daxildir.
1 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-1)- elektrik quraşdırma işlərini yerinə yetirir və dəniz neft-qaz sənayesi obyektlərində elektrik enerjisi istehlakçı-larının elektrik enerjisi ilə təminatında kompleks sistem işləri ilə məşğul olur.
2 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-2)- əsasən quruda magistral boru kəmərlərinin çəkilməsi, neft və qaz terminallarının tikintisi, eləcə də quruda müxtəlif obyektlərin tikintisi, qurulması və abadlaşdırılması işləri ilə məşğul olur.
3 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-3)- Boru Düzən Gəminin köməyi və “sərbəst batırma üsulu” ilə sualtı boru xətlərinin tikintisi, həmçinin dəniz özüllərində yataqların qazmadan sonra abadlaş-dırılması (qaz-lift istismarı) işləri ilə məşğul olur.
4 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-4)- dənizin 130 metrə qədər dərinliyində qazma, neft-qaz çıxartma üçün dəniz stasionar platformaların tikintisi işləri ilə məşğul olur.
5 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-5)- N.Nərimanov adına NQÇİ-də və digər sahələrdə kompressor stansiyalarının, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
6 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-6)- neft sənayesi işçiləri üçün evlərin, həmçinin digər sosial təyinatlı obyektlərin tikintisi işləri ilə məşğul olur.
7 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-7)- Neft Daşlarında və digər sahələrdə kompressor stansiyalarının, hidrotexniki qurğuların, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
8 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-8)- Pirallahı qəsəbəsində, Abşeronneft NQÇİ-də və digər sahələrdə kompressor stansiyalarının, hidrotexniki qurğuların, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (İTTİ)- “Havasız rəng- vurma”, mexaniki və əl üsulu ilə dənizdə dərin dayaqlı stasionar platformaların, estakadaların, neft rezervuarlarının, təzyiq altında olan kollektorların, iri qabaritli metal-konstruksiyaların, sualtı boru xətlərinin, həmçinin quruda bütün növ metal-konstruksiyaların korroziyaya qarşı mühafizə tədbirləri ilə məşğul olur. Bundan başqa suda çəkiləcək boruların üst örtüklərinin betonlanması işləri ilə məşğul olur.
Yol Tikinti Təmir İdarəsi (YTTİ)– Zığda, “Neft Daşları”nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ yüksək keyfiyyətli asfalt-beton istehsalı, həmçinin “Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur.
Səyyar Mexanikləşdirilmiş İdarə (SMİ)- Azərbaycan Respublikasının rayonlarında quruda magistral neft və qaz boru xətlərinin çəkilməsi ilə məşğul olur.
Dəmir Beton Məmulatları Zavodu (DBMZ)– sifarişlərə əsasən dəniz estakadaları, mülki tikinti və digər sahələr üçün tələb olunan bütün növ dəmir-beton məmulatlarının və eləcədə əmtəə betonunun istehsalı ilə məşğul olur.
Avtonəqliyyat İdarəsi (Aİ)- sifarişlərə əsasən Trestin idarələrini və digər təşkilatları yükünü özüboşaldan, bortlu, minik avtomobilləri və sərnişin avtobusları ilə təmin edir. İdarənin parkında 120 tona qədər yük daşıya bilən ağır traylerlər cəmlənmişdir.
Xüsusi Texnika İdarəsi (XTİ)- sifarişlərə əsasən Trestin bütün tikinti sahələrini, eləcə də digər təşkilatları müxtəlif inşaat texnikası və qaldırıcı mexanizmlərlə təmin edir. İdarənin parkında yükqaldırma qabiliyyəti 500 tona qədər olan “DEMAG” markalı iritonnajlı kranlar, müxtəlif tikinti-quraşdırma mexanizmləri cəmlənmişdir.
Anbar Təsərrüfatı İdarəsi (ATİ)– Trest tərəfindən yerinə yetirilən tikinti-quraşdırma və istehsalat işləri üçün tələb olunan tikinti material və avadanlıqlarının təchizatı, qəbulu, saxlanması və buraxılması ilə məşğul olur.
Gürcüstan Nümayəndəliyi (GN)- Gürcüstan ərazisində neft və qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur.
Abu Dabi Filialı (AF) – Birləşmiş Ərəb Əmirliklərinin (o cümlədən Abu Dabi Əmirliyinin) və körfəz ölkələri ərazisində neft və qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi ilə məşğul olması nəzərdə tutulur.
|