az
ru
en
A state with strong economy is ready for anything.
H.Aliyev
Avadanlıq və mexanizmlərPartnyorlarDislokasiya
Stuktur vahidləri / Digərləri

.Dəmir Beton Məmulatları Zavodu (DBMZ)– sifarişlərə əsasən dəniz estakadaları, mülki tikinti və digər sahələr üçün tələb olunan bütün növ dəmir-beton məmulatlarının və eləcədə əmtəə betonunun istehsalı ilə məşğul olur.

Avtonəqliyyat İdarəsi (Aİ)- sifarişlərə əsasən Trestin idarələrini və digər təşkilatları yükünü özüboşaldan, bortlu, minik avtomobilləri və sərnişin avtobusları ilə təmin edir. İdarənin parkında 120 tona qədər yük daşıya bilən ağır traylerlər cəmlənmişdir.

Xüsusi Texnika İdarəsi (XTİ)- sifarişlərə əsasən Trestin bütün tikinti sahələrini, eləcə də digər təşkilatları müxtəlif inşaat texnikası və qaldırıcı mexanizmlərlə təmin edir. İdarənin parkında yükqaldırma qabiliyyəti 500 tona qədər olan “DEMAG” markalı iritonnajlı kranlar, müxtəlif tikinti-quraşdırma mexanizmləri cəmlənmişdir.

Anbar Təsərrüfatı İdarəsi (ATİ)– Trest tərəfindən yerinə yetirilən tikinti-quraşdırma və istehsalat işləri üçün tələb olunan tikinti material və avadanlıqlarının təchizatı, qəbulu, saxlanması və buraxılması ilə məşğul olur.

Gürcüstan Nümayəndəliyi (GN)- Gürcüstan ərazisində neft və qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur.

Copyright © 2011. NQT! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır