|
Politika TQ I
1 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-1)- elektrik quraşdırma işlərini yerinə yetirir və dəniz neft-qaz sənayesi obyektlərində elektrik enerjisi istehlakçı-larının elektrik enerjisi ilə təminatında kompleks sistem işləri ilə məşğul olur.
2 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-2)- əsasən quruda magistral boru kəmərlərinin çəkilməsi, neft və qaz terminallarının tikintisi, eləcə də quruda müxtəlif obyektlərin tikintisi, qurulması və abadlaşdırılması işləri ilə məşğul olur.
3 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-3)- Boru Düzən Gəminin köməyi və “sərbəst batırma üsulu” ilə sualtı boru xətlərinin tikintisi, həmçinin dəniz özüllərində yataqların qazmadan sonra abadlaş-dırılması (qaz-lift istismarı) işləri ilə məşğul olur.
4 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-4)- dənizin 130 metrə qədər dərinliyində qazma, neft-qaz çıxartma üçün dəniz stasionar platformaların tikintisi işləri ilə məşğul olur.
5 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-5)- N.Nərimanov adına NQÇİ-də və digər sahələrdə kompressor stansiyalarının, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
6 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-6)- neft sənayesi işçiləri üçün evlərin, həmçinin digər sosial təyinatlı obyektlərin tikintisi işləri ilə məşğul olur.
7 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-7)- Neft Daşlarında və digər sahələrdə kompressor stansiyalarının, hidrotexniki qurğuların, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
8 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-8)- Pirallahı qəsəbəsində, Abşeronneft NQÇİ-də və digər sahələrdə kompressor stansiyalarının, hidrotexniki qurğuların, yüksək təzyiqli neft-qaz boru kəmərlərinin, neft rezervuarlarının və asfaltbeton örtüklərin tikintisi, yenidən qurulması və təmiri işləri ilə məşğul olur.
İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (İTTİ)- “Havasız rəng- vurma”, mexaniki və əl üsulu ilə dənizdə dərin dayaqlı stasionar platformaların, estakadaların, neft rezervuarlarının, təzyiq altında olan kollektorların, iri qabaritli metal-konstruksiyaların, sualtı boru xətlərinin, həmçinin quruda bütün növ metal-konstruksiyaların korroziyaya qarşı mühafizə tədbirləri ilə məşğul olur. Bundan başqa suda çəkiləcək boruların üst örtüklərinin betonlanması işləri ilə məşğul olur.
Yol Tikinti Təmir İdarəsi (YTTİ)– Zığda, “Neft Daşları”nda, Çilov adasında və Səngəçalda yerləşən asfalt-beton qurğuları vasitəsilə hər növ yüksək keyfiyyətli asfalt-beton istehsalı, həmçinin “Neft Daşları”nda, Çilov adasında, Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi işləri ilə məşğul olur.
Səyyar Mexanikləşdirilmiş İdarə (SMİ)- Azərbaycan Respublikasının rayonlarında quruda magistral neft və qaz boru xətlərinin çəkilməsi ilə məşğul olur.
|