az
ru
en
A state with strong economy is ready for anything.
H.Aliyev
Avadanlıq və mexanizmlərPartnyorlarDislokasiya
İstehsalat sahələri / Haqqında

Elektrik-quraşdırma işlərini yerinə yetirmək üçün Xətai rayonu ərazisində yerləşən, sahəsi 7000 kv.m olan anbar və təchizat bazası;

·         Xırda detalların yığılması üçün qaynaq-quraşdırma bazası və anbar kimi istifadə olunan, sahəsi 16000 kv.m  olan Qaradağ sahəsi;

·         Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan, sahəsi 30000 kv.m olan Pirsaat sahəsi;

·         Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan, sahəsi 30000 kv.m olan Dübəndi sahəsi;

·         Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan, sahəsi 93500 kv.m olan Hövsan sahəsi;

·         Mexanizasiya bazası kimi istifadə olunan, sahəsi 26368 kv.m olan Qaraçuxur sahəsi;

·         Dəniz hidrotexniki qurğuların, stasionar özüllərin üst hissələrinin, modulların, dayaq bloklarının qaynaq-quraşdırma, yığma və sınaq işlərini yerinə yetirmək məqsədilə, eləcə də açıq anbar və təchizat bazası kimi istifadə olunan, sahəsi 317000 kv.m olan Zığ İstehsalat Sahəsi var.

 

“Neftqaztikinti” Trestinin əsas istehsal bazası - Zığ İstehsalat Sahəsi dəniz kənarında yerləşir. Bu baza dənizin 140 metr dərinlikli hissəsi üçün, çəkisi 14000 tona qədər olan dayaq bloklarının və platformaların müxtəlif üst tikililəri, modulları da daxil olmaqla, dəniz stasionar platformalarının elementlərini konveyer üsulu ilə hazırlamaq üçün yaradılmışdır.

          Baza özünün, hər biri 6/0,4 kV-luq və 1000 kVA-lıq iki transformatorlu 6/0,4 kV-luq elektrik yarımstansiyası və qapalı beton kanallarda yerləşdirilmiş çoxşaxəli kabel sistemi vasitəsilə elektrik enerjisi ilə etibarlı şəkildə təmin olunur. Bütün Zığ bazası bağlı və qorunan perimetr ilə əhatə edilmişdir.

Baza həmçinin yanğına qarşı mərkəzləşdirilmiş mühafizə sistemi, kanalizasiya sistemi, içməli su sistemi ilə də təchiz edilmişdir.

Copyright © 2011. NQT! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır