|
Trest tikinti-quraşdırma və təmir işlərini beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirir və bu məqsədlə mütərəqqi iş üsullarından istifadə edir.
Keyfiyyətə Nəzarət Departamenti (KND) 2001-ci ildə yaradılıb və aşağıdakı şöbələrdən təşkil olunub:
1. Təhlükəsizlik, Ekologiya, Keyfiyyət (TEK) Sistemlərinin Sertifikatlaşdırılması şöbəsi;
2. Təhlükəsizlik, Ekologiya, Keyfiyyət (TEK) Sistemlərinin Daxili Audit Şöbəsi;
3. Keyfiyyətə Nəzarət Şöbəsi;
4. Ekologiya Şöbəsi;
5. Əməyin Mühafizəsi Şöbəsi;
6. Sənaye Sanitar Laboratoriyası.
Departament tikinti-quraşdırma və təmir işləri zamanı təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına, ətraf mühitin qorunmasına, tullantısız texnologiyanın istehsalata tətbiqinə, yerinə yetirilmiş işlərin keyfiyyətinə və təsərrüfat fəaliyyətində mütərəqqi is üsullarının həyata keçirilməsinə nəzarət edir.
Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Təlim Mərkəzində müasir avadanlıqların köməyilə Tresin işçilərinə və digər işçilərə əməyin mühafizəsinin təşkili, təhlükəsizlik texnikası qaydaları, yanğın texniki minimumu, elektrik təhlükəsizliyi qaydaları, ilk tibbi yardım, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və əməyin gigiyenası üzrə təlimlər keçirilir.
BP Şirkətinin sifarişi ilə həyata keçirilən “Şahdəniz” Layihəsi çərçivəsində KND tərəfindən həm BP-nin, həm də onun subpodratçılarının 1500 nəfər işçisinə “Yanğın Təhlükəsizliyi” üzrə kurslar keçirilmiş və müvafiq sertifikatlar verilmişdir.
Bundan başqa KND beynəlxalq tender sənədlərinin SƏTƏMM və Keyfiyyətə Nəzarət bölmələrini hazırlayır, Azərbaycan Respublikasının qabaqcıl təşkilatlarında (“Azərsun Holding”, “Azneft” İB və s.) 2-ci tərəf xarici audit aparır.
|