NEFTQAZTİKİNTİ
TRESTİ

KARYERA

İnsan resursları SOCAR NQT-nin daim diqqət göstərdiyi və ciddi önəm verdiyi faktorlardan biridir. Professional kadr potensialı şirkətin ən çətin və mürəkkəb tikinti layihələrini uğurla reallaşdırmasını təmin edən prioritet amillərdəndir. Bu gün SOCAR NQT-də müxtəlif beynəlxalq sertifikat və dərəcələrə məxsus mütəxəssislər çalışır. İnkişaf və peşə səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi şəkildə təlimlər keçirilir, bilik və bacarıqlar yoxlanılır. Biz daim peşəkarların, yaradıcı, yüksək enerjili və bilikli mütəxəssislərin cəlb olunmasını xüsusi diqqətdə saxlayırıq.