NEFTQAZTİKİNTİ
TRESTİ

Tarix

Cras pellentesque odio ligula, sed suscipit massa venenatis et. Nam nec mi at metus tincidunt commodo sed quis massa. Etiam ultricies euismod interdum.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Neftqaztikinti” trestinin (SOCAR NQT) tarixi 1949-cu ilə dayanır. Əlamətdar haldır ki, bu tarix "Neft Daşları”nda 1949-cu ildə ilk neft fontanının vurduğu dövrdən başlanır. Belə bir tarixi hadisənin baş verməsi ilə neft sənayəsi üçün zəruri tikinti proseslərini reallaşdıracaq qurumun yaradılmasına ehtiyac yarandı. Bunun məntiqi nəticəsi kimi, 1949-cu il 31 oktyabr tarixində "Azərdənizneftinşaat” trestinin yaradılması barədə qərar qəbul olundu. Xəzər dənizində müvafiq tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün 1979-cu ildə isə digər bir qurum - "Xəzərdənizneftqaztikinti” trestinin də əsası qoyuldu.
Beləliklə, bu gün SOCAR NQT "Azərdənizneftinşaat” və "Xəzərdənizneftqaztikinti” trestlərinin xələfi hesab olunur və həmin qurumların hüquqi varisidir. SOCAR prezidentinin 2007-ci ildə imzaladığı müvafiq əmrlərlə adıçəkilən trestlər birləşdirilərək onların bazasında SOCAR NQT yaradılıb.
Dünya praktikasında açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları” rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə Trest tərəfindən "Neft Daşları”nda kompleks tikinti işləri aparılıb, ümumi sahəsi 8 hektar olan süni ada salınıb, estakada və meydançaların tikintisi həyata keçirilib.
Digər mühüm məqam isə ondan ibarətdir ki, dünyaca məşhur "Əsrin müqaviləsi” (1994) imzalandıqdan sonra dənizdə neft-qaz hasilatı proseslərinin ilkin mərhələsində məhz Trest tərəfindən istehsal edilmiş stasionar özüllərdən və digər qurğulardan istifadə edilib.