NEFTQAZTİKİNTİ
TRESTİ
25-09-2017 09:10 305 dəfə oxunub.
SOCAR NQT-nin 5 əməkdaşı “Neftçilər günü”ndə “Tərəqqi” medalı ilə təltif olunub
SOCAR NQT-nin 5 əməkdaşı “Neftçilər günü”ndə “Tərəqqi” medalı ilə təltif olunub
Azərbaycan Respublikası Prezidentinin "Neftçilər günü”ndə imzaladığı sərəncamla neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir sıra neftçilər "Tərəqqi” medalı ilə təltif olunub. Onların sırasında SOCAR "Neftqaztikinti” trestinin 5 əməkdaşı da yer alıb. Belə ki, Həmidov Əlzaman, Gözəlov Vilayət, Mirzəyev Mais, Əliyev Nazim və Məmmədov Məsrəf "Tərəqqi” medalına layiq görülənlər sırasında olub. Əməyi yüksək qiymətləndirilən zəhmətkeş neftçilərimiz arasında 34 ilə yaxın iş təcrübəsi olanlar da var. SOCAR NQT-nin 3 saylı Tikinti-Quraşdırma Bölümünün (TQB) mühəndisi Gözəlov Vilayət 33 il 11 ay, 6 saylı TQB-nin iş icraçısı Mirzəyev Mais 33 il 3 ay, 4 saylı TQB-nin mühəndisi Həmidov Əlzaman 33 il 1 aydır ki, sədaqətlə neft-qaz sənayesi sahəsində çalışırlar. Bu yüksək adı almış digər əməkdaşlarımız – Trestin Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Bölümünün rəisi Məsrəf Məmmədov 16 ildən çox, İxtisaslaşmış Təmir-Tikinti Bölümünün rəis müavini Əliyev Nazim isə 24 ilə yaxın əmək təcrübəsinə malikdir.
Qeyd edək ki, hər il "Neftçilər günü”ndə SOCAR "Neftqaztikinti” trestində uzun illər əmək fəaliyyəti sərf etmiş müxtəlif mühəndislərimiz həm "Tərəqqi” medalına, həm də SOCAR NQT-nin Fəxri Fərmanlarına və digər mükafatlara layiq görülür.