NEFTQAZTİKİNTİ
TRESTİ
23-01-2018 13:18 187 dəfə oxunub.
12 saylı stasionar dəniz özülünün tikintisi davam etdirilir
12 saylı stasionar dəniz özülünün tikintisi davam etdirilir SOCAR "Neftqaztikinti” tresti (SOCAR NQT) "Bulla-Dəniz” yatağı üçün 12 saylı stasionar dəniz özülünün tikintisi ilə bağlı işləri davam etdirir. Artıq planlaşdırılan tikinti-quraşdırma işlərinin 49 faizi tamamlanıb.
Sahəsi 4890 m2 olan platformanın ümumi metal tutumu 5399 tondur. SOCAR NQT-nin 3 və 6 saylı Bölümləri tərəfindən aparılan tikinti-quraşdırma işləri nəticəsində quraşdırılmış metal-konstruksiyaların həcmi 2700 tona yaxındır.
Artıq 4 dayaq bloku quraşdırılıb, 1 dayaq blokunun yaxın zamanda quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, 7 ədəd metal lövhə, 2 minik, 2 minik-yanalma və 1 yanalma meydançasının tikintisi həyata keçirilib. Yaşayış və məişət bloklarında təmir işləri aparılır. Vertolyot meydançasının tikintisi, qülləaltı postamentin yığılması işləri davam etdirilir.
Özülün tikintisinin 2018-ci ilin aprel-may aylarında yekunlaşdırılması və Dövlət Qəbul Komissiyasının qərarı ilə təhvil verilməsi nəzərdə tutulur.