NEFTQAZTİKİNTİ
TRESTİ
17-08-2015 00:00 121 dəfə oxunub.
SOCAR-ın “Neftqaztikinti” trestində 2015-ci ilin birinci yarım ilinin nəticələri ilə bağlı iclas keçirilmişdir
SOCAR-ın “Neftqaztikinti” trestində 2015-ci ilin birinci yarım ilinin nəticələri ilə bağlı iclas keçirilmişdir

29 iyul 2015-ci il tarixində "Neftqaztikinti” tresti üzrə 2015-ci ilin birinci yarım ili ilə bağlı görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda "Neftqaztikinti” trestininİclası giriş sözü ilə açan Trestin müdiri cənab Mirkazım Abasov qeyd etdi ki, SOCAR-ın təsdiq olunmuş tədbirlər proqramında nəzərdə tutulmuş respublika əhəmiyyətli istehsalat obyektlərində Trest tərəfindən 2015-ci ilin I yarım ili ərzində əsaslı tikinti, təmir və yenidənqurma işləri yerinə yetirilmişdir. Hesabat dövründə Trest neft-qaz sektoruna aid bir çox istehsalat obyektlərini keyfiyyətlə və vaxtında istismara təhvil vermişdir. Buna misal olaraq "28 May” NQÇİ-nin "Çilov” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı SDÖ-nün tikintisi”, "Günəşli” yatağında 6 saylı DDÖ-nün kompleks əsaslı təmiri” və "Günəşli” yatağında 14 saylı DDÖ-nün kompleks əsaslı təmiri”, "Neft Daşları” NQÇİ-nin "Neft Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 1954A saylı EYM-nın tikintisi” və "Neft Daşları” yatağında 252 saylı meydança-PQ-34 arası estakadanın tikintisi”, N.Nərimanov adına NQÇİ-nin "QKS-də qradirni və nasosxananın yenidən qurulması” və "441 saylı EYM-dən 438 saylı EYM-ə qədər sualtı neft-qaz və yüksək təzyiqli qazlift xətlərinin çəkilməsi”, "SOCAR-Ümid” MMC-nin "Ümid” yatağında neft-qaz hasilatının nəql sisteminin layihələndirilməsi” və s. obyektlərini göstərmək olar.

M.Abasov diqqətə çatdırmışdır ki, "Neftqaztikinti” tresti tərəfindən 2015-ci ilin I yarım ili ərzində 14271 ton metal-konstruksiya quraşdırılmış, sualtı 8,8 km, estakada və meydançalarda 47 km, quruda 64 km uzunluğunda boru kəmərləri çəkilmiş, 2,6 km sualtı, 143 km yeraltı yüksək gərginlikli kabel və 3,4 km hava elektrik ötürücü xətləri çəkilmiş, 137755 m2 asfalt vurulmuş və 7858 m3 beton, dəmir-beton və əmtəə betonu istehsal olunmuşdur. Hesabat dövründə Trest tərəfindən ümumi podrat üzrə 111862,9 min manatlıq, öz gücü ilə 105747,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş, ümumi podrat üzrə yerinə yetirilmiş işlərin 34309,1 min manatı əsaslı təmir və 77553,8 min manatı isə əsaslı tikinti işlərinin payına düşür.

Trest müdiri cənab Mirkazım Abasovun çıxışından sonra Əməyin mühafizəsi üzrə müdir müavini Şəfiq Nemətov 2015-ci ilin I yarım ili ərzində əməyin mühafizəsi, keyfiyyətə nəzarət, ekologiya, təhlükəsizlik, qaynağa nəzarət, həmçinin ekologiya və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və auditi üzrə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Ş.Nemətov qeyd etdi ki, 2015-ci ilin I yarım ili ərzində Trestin əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyası və Keyfiyyətə nəzarət departamentinin mütəxəssisləri Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sisteminin, ISO-9001 keyfiyyət, ISO-14001 ətraf mühitin mühafizəsi və TS OHSAS 18001 təhlükəsizlik üzrə beynəlxalq standartların tələblərini rəhbər tutaraq Trestin struktur vahidlərində mütəmadi yoxlamalar aparmış, aşkar olunmuş nöqsan və pozuntu hallarının əksəriyyəti qısa zamanda aradan qaldırılmışdır.

Hesabat dövrü ərzində Əməyin mühafizəsinə 1217986.00 manat vəsait xərclənmişdir. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 107,5% təşkil edir. O cümlədən, nomenklatur tədbirlər planının yerinə yetirilməsinə 804440.00 manat vəsait xərclənmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 112,2% təşkil edir.

Ş.Nemətov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, 2015-ci ilin I yarım ili ərzində Trestin istehsalat sahələrində heç bir bədbəxt hadisə və qəza halı baş verməmişdir.

2015-ci ilin I yarım ili ərzində ISO 9001-2008 beynəlxalq standartı üzrə Keyfiyyətə nəzarət şöbəsi tərəfindən DFK tərkibində 7, müstəqil 86 yoxlama aparılmış və müvafiq olaraq 252 (DFK tərəfindən 85, müstəqil yoxlamalarda 167) uyğunsuzluq faktı aşkar olunmuşdur. ISO 9001 standartının tələblərinə əsasən Trest tərəfindən görülən işlərin keyfiyyətinin qiymətləndirilməsi və nəzarətin artırılması məqsədilə 2015-ci ilin I yarım ili üzrə sifarişçi təşkilatlar arasında Müştəri məmnuniyyəti sorğusu keçirilmişdir.Hesabat dövründə sifarişçi təşkilatlardan alınmış sorğuların nəticələri üzrə orta qiymət mümkün 100 baldan87 bal olmuşdur.

SOCAR-ın Ekologiya İdarəsi ilə bağlanmış müqavilə əsasında Lökbatan Tullantı Mərkəzinə 10.0 ton boya qabları və boya tullantıları, 126.0 ton abraziv qum dənəciyi, 0.072 ton süzgəclər, 0.110 ton katriclər, 0.04 ton polimer əsaslı tullantılar, 2.54 ton qaynaq çubuğu tullantısı təhvil verilmişdir. Həmçinin, 193.33 ton qara metal tullantısı müqavilə əsasında "Baku Steel Company” MMC-yə təhvil verilmişdir.

Trestin Qaynaq texnoloji, dağılan və dağılmayan müayinə mərkəzi tərəfindən 2015-ci ilin I yarım ili ərzində maqnit usulu ilə 3152 metr, rentgen üsulu ilə 6516 ədəd və ultrasəs üsulu ilə 2048 ədəd qaynaq birləşməsi yoxlanılmışdır.

Hesabat dövründə 323 nəfər mühəndis-texniki işçinin bilikləri yoxlanılmış və 342 nəfər müxtəlif peşələr üzrə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təşkil olunmuş kurslarda iştirak etmişdir.

Trestin bütün struktur vahidlərində hesabat dövrü ərzində ISO-9001, ISO-14001 və ISO/IEC 17025 beynəlxalq standartının tələbləri barədə maarifləndirmə işləri aparılmışdır. Beynəlxalq standartların tətbiqi və fəaliyyətinin davamlı inkişafı məqsədi ilə I tərəf daxili, II və III tərəf xarici auditlər keçirilmişdir. Auditlərin nəticəsi olaraq təsdiqlənmişdir ki, Trest öz işini ISO 9001, ISO 14001, TS OHSAS 18001 və ISO/IEC 17025 standartının tələblərinə uyğun qurmuşdur.

İclasın sonunda Trestin istehsalat sahələrində, istehsalat obyektlərində və əməyin mühafizəsi sahəsində mövcud nöqsanlar geniş müzakirə olunmuş, yarana biləcək problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüş və struktur vahidlərinin rəhbərlərinə Trest rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilmişdir.