NEFTQAZTİKİNTİ
TRESTİ

Politika

Cras pellentesque odio ligula, sed suscipit massa venenatis et. Nam nec mi at metus tincidunt commodo sed quis massa. Etiam ultricies euismod interdum.

"Neftqaztikinti" trestinin rəhbərliyi bəyan edir ki, məqsədimiz görülən hər bir işi beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan keyfiyyətlə yerinə yetirib sifarişçinin etimadını qazanmaqdır.

Bu məqsədlə təhlükəsizlik, ekologiya və keyfiyyət idarəetmə sistemlərini təkmilləşdirmək və inkişaf etdirmək üçün Trest rəhbərliyi önəmli hesab etdiyi aşağıdakı meyarlara əməl edir:
  • Azərbaycan Respublikasının Təhlükəsizlik, Ekologiya və Keyfiyyətlə bağlı qanunvericiliyində, İSO-9001, İSO-14001 və TS-18001 beynəlxalq standartlarda qarşıya qoyulan bütün tələblərə sözsüz əməl etmək;
  • Təhlükəsizlik, Ekologiya və Keyfiyyət sistemlərinin yaxşılaşdırılmasına müsbət təsir edən bütün metod və imkanlardan istifadə etməklə müasir texnika və texnologiyaların tətbiqinə nail olmaq;
  • İnsanların sağlamlığına, avadanlığa, ətraf mühitə və keyfiyyətə təsir göstərən bütün zərərli amillərin minimuma endirilməsinə nail olmaq;
  • Təhlükəsizlik, Ekologiya və Keyfiyyət sistemlərinin daimi inkişafını nəzərə alaraq, işçi heyətin seçilməsi, yerləşdirilməsi, maarifləndirilməsi və peşəkarlığının artırılması üçün bütün imkanlardan maksimum istifadə etmək;
  • Məqsədimizə çatmaq üçün bütün işçi heyətin peşəkarlığından maksimum istifadə etmək və Trestlə əməkdaşlıq edən tərəflərin ideya və təkliflərinə hörmətlə yanaşmaq.