NEFTQAZTİKİNTİ
TRESTİ
11-10-2017 17:08 56 dəfə oxunub.
Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi tikilərək istismara verilib
Pirallahıda SOCAR-ın yığım nəqli sahəsi tikilərək istismara verilib
Pirallahı qəsəbəsində SOCAR-ın "Neftqaztikinti" tresti tərəfindən tikintisi həyata keçirilmiş "Azneft" İstehalat Birliyinin "Abşeronneft" Nefqazçıxarma İdarəsinə məxsus yeni yığım nəqli sahəsi istismara verilib.
Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər. Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirmiş, onun iş rejimi və ərazisi ilə tanış olmuşlar.
Qeyd olunub ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən etibarən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kv-luq elektrik yarımstansiyası fəaliyyətə başlamışdır. Bildirilib ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılmışdır.
Məlumat verilmişdir ki, yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılmışdır. Əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları yüksək tələblər səviyyəsinə çatdırılmış, əməkçilərin sosial məişətinin yaxşılaşdırılması məqsədi ilə optimal iş şəraiti yaradılmışdır. 
Görülmüş işlərdən razılığını bildirən SOCAR prezidenti Rövnəq Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə etmiş, qarşıda duran vəzifələrdən danışmış, konkret tapşırıqlar vermişdir.