NEFTQAZTİKİNTİ
TRESTİ
07-04-2015 00:00 110 dəfə oxunub.
”Neftqaztikinti” tresti ərazi ilk partiya təşkilatı öz sıralarını möhkəmləndirir
”Neftqaztikinti” tresti ərazi ilk partiya təşkilatı öz sıralarını möhkəmləndirir

03 aprel 2015-ci il tarixində Azərbaycan RespublikasınınDövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” trestində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının iclası keçirildi.

Tədbiri "Neftqaztikinti” tresti ərazi ilk partiya təşkilatının sədr müavini, Trestin Sosial inkişaf şöbəsinin rəisi Əli Qurbanov açaraq təşkilati məsələr barədə məlumat verdi. Bildirdi ki, ərazi ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə və proqramına uyğun olaraq ərazi prinsipi əsasında yaradılır. "Bu gün ”Neftqaztikinti” trestinin yeni inzibati binası Xətai rayonunda yerləşdiyindən ərazi ilk partiya təşkilatının üzvləri YAP Nizami rayon təşkilatından çıxarılaraq YAP Xətai rayon təşkilatının tərkibinə daxil olmaqla yenidən formalaşır. Təşkilat YAP Xətai rayon təşkilatı ”Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatı adlandırılacaq.”

Sonra digər təşkilati məsələlərə baxıldı. "Neftqaztikinti”trestinin müdiri Mirkazım Abasov YAP Xətai rayon təşkilatı "Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatının sədri, Trestin baş mühəndisi-müdir müavini Elmirzə Adgözəlov və Sosial inkişaf şöbəsinin rəisi Əli Qurbanov sədr müavinləri seçildi. Sonra 9 nəfərdən ibarət İdarə Heyəti təsdiqləndi.

"Neftqaztikinti”trestinin müdiri, YAP Xətai rayon təşkilatı "Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatının sədri Mirkazım Abasov tədbirdə çıxış edərək partiyanın yaranma tarixindən danışaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı "Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatı öz ətrafında yüzlərlə sağlam siyasi məfkurəyə malik, Heydər Əliyev ideyalarına sadiq olan insanı birləşdirib. M.Abasov vurğuladı ki, respublikamızın ictimai-siyasi həyatında daimi fəallıq göstərən "Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatı öz sıralarını ardıcıl olaraq möhkəmləndirir, müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı naminə ulu öndərimiz Heydər Əliyev ideyalarının dönmədən, uğurla həyata keçirilməsi uğrunda fəallığını daha da artırır."Partiyanın sıralarının genişlənməsi, nüfuzunun artması hər şeydən əvvəl partiyanın ideya əsaslarının Heydər Əliyevin irsi ilə bilavasitə bağlı olmasından irəli gəlir”- deyən Trestin müdiri vurğuladı ki, Azərbaycan xalqı YAP-a, onun yaradıcısı ulu öndər Heydər Əliyevə və bu yolu davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə inanır və onun ətrafında sıx birlik nümayiş etdirir.

M.Abasov 2015-ci ildə Trest tərəfindən dövlət əhəmiyyətli sifarişlərin icrasına uğurla start verildiyini bildirdi. "Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi konsepsiyasının möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını təşkil edir. Yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunmuş, bazar münasibətlərinin tələblərinə əsasən etibarlı və əlverişli idarəetmə sistemi tətbiq edilib. Neft strategiyası müxtəlif sahələrdə köklü islahatların aparılmasına, misilsiz nailiyyətlərin qazanılmasına möhkəm zəmin yaratmışdır.”-deyən M.Abasov SOCAR-ın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən çoxsahəli tədbirlərə toxunmuş, qonşu respublikalarda investisiya qoyuluşlarından bəhs edərkən dedi ki, Şirkət Türkiyədə, Gürcüstanda, Ukraynada, Rumıniyada genişmiqyaslı işlər həyata keçirir.

Sonra Trest aparatının əməkdaşı, "Neftqaztikinti” trestiərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri Natiq Əliyev vurğuladı ki, YAP bu gün ölkə ictimaiyyəti tərəfindən dəstəklənən partiyadır. YAP-ın gəncliyin inkişafına hər zaman dəstək verdiyini deyən N.Əliyev Azərbaycan gənclərinin Prezidentcənabİlham Əliyevin ətrafında sıx birləşdiyini vurğuladı.

Sonda YAP sıralarına yeni daxil olan Trest əməkdaşlarına vəsiqələr təqdim olundu.