NEFTQAZTİKİNTİ
TRESTİ
17-08-2017 18:19 119 dəfə oxunub.
“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilmişdir
“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilmişdir
Bu günlərdə "Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilmişdir. "Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulmuş, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılmış, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilmişdir.