NEFTQAZTİKİNTİ
TRESTİ
29-08-2017 19:14 192 dəfə oxunub.
“Neft Daşları”nda estakada əsaslı təmir olunub
“Neft Daşları”nda estakada əsaslı təmir olunub
SOCAR-ın "Neftqaztikinti” Tresti "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. 255 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 106 ədəd svay vurulmuş, 44 ədəd rigel proqon, 35 ədəd metal ferma, 33 ədəd maili svay başlığı və 30 ədəd oturacaq quraşdırılmış, suüstü əlaqələr təmin edilmişdir. Obyektdə 265 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilmişdir. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.