NEFTQAZTİKİNTİ
TRESTİ
13-09-2017 18:06 144 dəfə oxunub.
“Neft Daşları”nda 1637 və 1956 saylı meydançalararası estakada əsaslı təmir edilib
“Neft Daşları”nda 1637 və 1956 saylı meydançalararası estakada əsaslı təmir edilib
SOCAR-ın "Neftqaztikinti” Tresti "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb. 1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulmuş, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılmışdır. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilmiş, 4020 kvadrat metr sahəyə asfalt örtüyü döşənmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilmişdir. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.