NEFTQAZTİKİNTİ
TRESTİ
05-05-2017 18:12 79 dəfə oxunub.
''Neft Daşları”nda 1887 saylı özüldə yenidənqurma işləri həyata keçirilib
''Neft Daşları”nda 1887 saylı özüldə yenidənqurma işləri həyata keçirilib
"Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılmışdır. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılmışdır.
Qeyd edək ki, əlavə qazılacaq yeni 4 quyudan sutkada ümumilikdə 120 ton neft hasil ediləcəyi nəzərdə tutulur.