NEFTQAZTİKİNTİ
TRESTİ

İstehsalat sahələri

Cras pellentesque odio ligula, sed suscipit massa venenatis et. Nam nec mi at metus tincidunt commodo sed quis massa. Etiam ultricies euismod interdum.
Zığ İstehsalat Sahəsi (317000 kv.m) - SOCAR NQT-nin əsas istehsal bazası olmaqla dəniz hidrotexniki qurğuların, stasionar özüllərin üst hissələrinin, modulların, dayaq bloklarının qaynaq-quraşdırma, yığma və sınaq işlərini yerinə yetirmək məqsədilə, eləcə də açıq anbar və təchizat bazası kimi istifadə olunan sahədir. Dəniz kənarında yerləşir. Bu baza dənizin 140 metr dərinlikli hissəsi üçün, çəkisi 14000 tona qədər olan dayaq bloklarının və platformaların müxtəlif üst tikililəri, modulları da daxil olmaqla, dəniz stasionar platformalarının elementlərini konveyer üsulu ilə hazırlamaq üçün yaradılıb. Baza özünün, hər biri 6/0,4 kV-luq və 1000 kVA-lıq iki transformatorlu 6/0,4 kV-luq elektrik yarımstansiyası və qapalı beton kanallarda yerləşdirilmiş çoxşaxəli kabel sistemi vasitəsilə elektrik enerjisi ilə etibarlı şəkildə təmin olunur. Zığ istehsalat sahəsi bağlı və qorunan perimetr ilə əhatə edilib. Baza həmçinin yanğına qarşı mərkəzləşdirilmiş mühafizə sistemi, kanalizasiya sistemi, içməli su sistemi ilə də təchiz olunub.

Zığ-3 sahəsi - Müxtəlif modifikasiyalı dəniz platformalarının üst tikililərinin hazırlanması:
 
• 3840 kv.m ölçülü iri həcmli gəmilərin yanalması, yüklənməsi və boşaldılması üçün pirs, körpü-liman;
• Sahəsi 3355 kv.m, 50 t/12,5 ton yükqaldırma qabiliyyətli 2 ədəd körpülü kranı olan bağlı qaynaq-quraşdırma sexi;
• Sahəsi 990 kv.m, içində 15 tonluq körpülü kran olan qaynaqçı hazırlamaq üçün nəzərdə tutulmuş qaynaq sexi;
• Sahəsi 780 kv.m , bağlı sex;
• Hər birinin sahəsi 4200 kv.m, hər birində 50 tonluq çatmalı kran olan, 3 açıq qaynaq-quraşdırma sahəsi; 
• Daxilində müxtəlif metal emalı dəzgahları və 2 ədəd 10 tonluq körpülü kranı olan mexaniki sex;
• Faydalı sahəsi 1152 kv.m olan bina (hamam, soyunma-geyinmə otağı, sanitar qovşaqlar və s.);
• 6/0.4 kV-luq yarımstansiya;
• Nasos stansiyası (drenaj) -12 kv.m;
• Dəmir yolunun qolu;
• Avtomobil yolu.
 
Zığ-4 sahəsi - Dayaq bloklarının hazırlanması və suya endirilməsi:

• Dəniz platformasının dayaq blokunun yığılmasına imkan verən yığma-endirmə yolu (slip), daşıyıcı imkanı 50 t/m2;
• Sahəsi 3456 kv.m olan 3 ədəd 2 aralıqlı, hər aralıqda 50 ton yükqaldırma qabiliyyəti olan körpülü kranlı qaynaq-quraşdırma sexi;
• Saatda 60 oksigen balonu doldurmaq üçün doldurma-paylama bölməli, 280 kub.m/saat sürətlə texniki oksigen istehsal edən oksigen sexi;
• 6/0.4 kV-luq yarımstansiya.
 
 
Hövsan sahəsi (93500 kv.m) - Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan sahədir.
 
Dübəndi sahəsi (30000 kv.m) - Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan sahədir.
 
Pirsaat sahəsi (30000 kv.m) - Sərbəst batırma üsulu ilə sualtı boru kəmərlərinin tikintisi üçün plet hazırlanması məqsədilə istifadə olunan sahədir.
 
Qaraçuxur sahəsi (26368 kv.m) - Mexanizasiya bazası kimi istifadə olunan sahədir.
 
Qaradağ sahəsi (16000 kv.m) - Xırda detalların yığılması üçün qaynaq-quraşdırma bazası və anbar kimi istifadə olunan sahədir.
 
Xətai sahəsi (7000 kv.m) - Elektrik-quraşdırma işlərini yerinə yetirmək üçün nəzərdə tutulan anbar və təchizat bazasıdır.