NEFTQAZTİKİNTİ
TRESTİ
17-07-2017 14:13 110 dəfə oxunub.
''Günəşli” yatağındakı 11 saylı platformada aparılan yenidənqurma işləri tamamlanmışdır
''Günəşli” yatağındakı 11 saylı platformada aparılan yenidənqurma işləri tamamlanmışdır
SOCAR-ın "Neftqaztikinti” tresti tərəfindən ''Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanmışdır. DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə "Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Belə ki, 4 ədəd quyu şaxtası və 4 ədəd istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementlənmə işləri icra olunmuşdur. Yeni monifold blokunun yığılması, texnoloji xətlərin çəkilməsi, qazpaylayıcı qurğunun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi işləri görülmüşdür. Yenidənqurma işləri təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı müasir tələblərə uyğun şəkildə həyata keçirilmişdir. Tikinti-quraşdırma prosesi başa çatdıqdan sonra obyekt üzrə Dövlət Qəbul Komissiyası keçirilmiş və istismara təhvil verilmişdir. Qeyd edək ki, yeni 4 quyunun hər biri üzrə sutkada 80 ton neft və 10.000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.