NEFTQAZTİKİNTİ
TRESTİ
23-06-2017 17:49 140 dəfə oxunub.
''Günəşli” yatağında iki özül təmir olunur
''Günəşli” yatağında iki özül təmir olunur
SOCAR-ın "Neftqaztikinti” Tresti ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında "Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır. Özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi "Azneft” İstehsalat Birliyidir. 3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir. İndiyədək özülüstü separator xətləri və texnoloji xətlər əsaslı təmir edilmiş, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmə dəyişdirilmişdir. Su səthindən 3 və 9 metrdən yuxarı hissələrdə elementlər yeniləri ilə əvəz olunmuşdur. Bundan əlavə, özüldə bir ədəd yeni gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulub. 11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin isə 50 faizindən çoxu görülmüş, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmələr dəyişdirilmişdir. Özülün su səthindən 3 və 9 metrdən yuxarı hissələrində elementlərin dəyişdirilməsi işləri davam etdirilir. Obyektdə "NBO” tipli qurğunun gediş yolunun təmiri həyata keçiriləcək. Tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün standartlara əməl olunur.