NEFTQAZTİKİNTİ
TRESTİ
22-05-2017 18:11 110 dəfə oxunub.
''Darvin bankası”ndaki 740 saylı özüldə yenidənqurma işləri aparılır
''Darvin bankası”ndaki 740 saylı özüldə yenidənqurma işləri aparılır
"Darvin bankası” yatağında əlavə 8 quyunun qazılması üçün 740 saylı Stasionar Dəniz Özülündə yenidənqurma işləri aparılır. "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılmış, texnoloji xətlər çəkilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılmışdır. Obyektdə işlər davam etdirilir. Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.