NEFTQAZTİKİNTİ
TRESTİ
12-06-2017 18:00 78 dəfə oxunub.
''Darvin bankası”ndaki 720 saylı özüldə yenidənqurma işləri başa çatıb
''Darvin bankası”ndaki 720 saylı özüldə yenidənqurma işləri başa çatıb
"Darvin bankası” yatağındakı 720 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. "Azneft” İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılmışdır. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilmişdir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılmışdır. Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.