NEFTQAZTİKİNTİ
TRESTİ

KARYERA

İnsan resursları SOCAR NQT-nin daim diqqət göstərdiyi və ciddi önəm verdiyi faktorlardan biridir. Professional kadr potensialı şirkətin ən çətin və mürəkkəb tikinti layihələrini uğurla reallaşdırmasını təmin edən prioritet amillərdəndir. Bu gün SOCAR NQT-də müxtəlif beynəlxalq sertifikat və dərəcələrə məxsus mütəxəssislər çalışır. İnkişaf və peşə səviyyəsinin yüksəldilməsi məqsədilə mütəmadi şəkildə təlimlər keçirilir, bilik və bacarıqlar yoxlanılır. Biz daim peşəkarların, yaradıcı, yüksək enerjili və bilikli mütəxəssislərin cəlb olunmasını xüsusi diqqətdə saxlayırıq.

Aktiv vakansiyalar

Böyük mexanik

Dənizdəki neft-qaz yataqlarının abadlaşdırılması, yeni hidrotexniki qurğuların tikintisi, eləcə də mövcud infrastrukturun daha səmərəli istismar edilməsi istiqamətində mühüm işlər görülür, iş prosesində əməyin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır.rnBu günlərdə "Neftqaztikinti” Tresti tərəfindən "Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi "Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub. 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulub, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri görülüb. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.rn332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulub, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və 1 ədəd xidmət meydançası quraşdırılıb, 1 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri həyata keçirilib.rnİşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyektlər istismara qəbul edilmişdir.

Son müraciət tarixi 06.10.2017


Mühasib

Dalay dalay

Son müraciət tarixi 05.10.2017