NEFTQAZTİKİNTİ
TRESTİ
07-12-2017 15:30 431 dəfə oxunub.
Beynəlxalq təşkilat SOCAR-ın layihələrini qiymətləndirib
Beynəlxalq təşkilat SOCAR-ın layihələrini qiymətləndirib
ABŞ-da keçirilən UIBC-in (Upstream International Benchmarking Consortium - Kəşfiyyat və Hasilat sahəsində Müqayisəli Təhlil Konsorsiumu) illik konqresində, ilk dəfə olaraq, SOCAR-ın kapital layihələri qiymətləndirilib. UIBC neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahələrində çalışan şirkətlərin könüllü assosiasiyasıdır.
Konqres zamanı SOCAR "Neftqaztikinti" trestinin tikintisini həyata keçirdiyi "Günəşli” yatağındakı 7, "Bulla-dəniz” yatağındakı 6 və "Qərbi Abşeron” yatağındakı 54 nömrəli özüllərin layihələrinin müvafiq göstəriciləri təhlil edilərək müvəffəqiyyətlə dəyərləndirilib.