NEFTQAZTİKİNTİ
TRESTİ
04-10-2017 17:55 61 dəfə oxunub.
279A və 332 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri həyata keçirilib
279A və 332 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri həyata keçirilib
Dənizdəki neft-qaz yataqlarının abadlaşdırılması, yeni hidrotexniki qurğuların tikintisi, eləcə də mövcud infrastrukturun daha səmərəli istismar edilməsi istiqamətində mühüm işlər görülür, iş prosesində əməyin təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılır.
Bu günlərdə "Neftqaztikinti” Tresti tərəfindən "Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi "Səngəçal-Dəniz-Xərə-Zirə” yatağındakı 279A və 332 saylı estakadayanı meydançalar əsaslı təmir olunub. 279A saylı estakadayanı meydançada 98 möhkəmləndirici svay vurulub, 11 metal lövhə, 237 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 2 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri görülüb. Ümumiyyətlə, estakadayanı meydançanın 2080 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.
332 saylı estakadayanı meydançanın 1070 kvadratmetrlik hissəsində 38 möhkəmləndirici svay vurulub, 5 metal lövhə, 132 metr uzunluğunda məhəccər çəpəri, dalma nasosları üçün 2 ədəd şaxta və 1 ədəd xidmət meydançası quraşdırılıb, 1 ədəd yanğın lafet lüləsi yenisi ilə əvəzlənib, əlavə işıqlandırma işləri həyata keçirilib.
İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Görülən tədbirlər başa çatdırıldıqdan sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançaların tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyektlər istismara qəbul edilmişdir.