Ana səhifə Axtarış
  Trest  
  Bölmələr     İstehsalat sahələri  
  İşçi heyyəti  
  Avadanlıq     Qaynaq mərkəzi     Layihələr     Qalereya     Xəbərlər  
SON XƏBƏRLƏR

Elektrik laboratoriyası

TQİ və Xidmətlər

Aktivlər və passivlər

AXTARIŞ SİSTEMİ
Qaynaq Texnologiyası, Dağılan və Dağılmayan Müayinə Mərkəzi (Qaynaq Mərkəzi)

   Ümumi sahəsi 400 m2 olan inzibati binadan, 630 m2 olan istehsalat sexindən ibarətdir. Qaynaqçıların hazırlanması və attestasiya olunması məqsədilə sexdə 10 ədəd tam komplektləşdirilmiş qaynaq postları quraşdırılmışdır. Həmçinin sex qaynaq nümunələrinin hazırlanması üçün lazım olan müasir avadanlıqlarla da təchiz olunub.  Layihə tələblərinə uyğun olaraq qaynaq prosedurları hazırlanır, qaynaqçıların attestasiyası aparılır və onlara müvafiq sertifikatlar verilir. Həmçinin Trestin obyektlərində aparılan qaynaq işlərinin yerinə yetirilməsinə nəzarət edir, onların keyfiyyətinin vizual və fiziki metodlarla (rentgen, ultrasəs, maqnit tozu və penetrant) yoxlanması və müvafiq rəylərin verilməsini təmin edir.
   - 2008-ci ilin may ayının 1-də ÒÜRKAK-ın müvafiq komissiyası tərəfindən Trest TS EN ISO/IEC 17024 - “Personalın (qaynaqçıların) sertifikatlaşdırılması kriteriyaları” sertifikatına layiq görülmüşdür.
   - 2009-cu ilin fevral ayının 9-da ÒÜRKAK-ın müvafiq komissiyası tərəfindən Trest TS EN ISO/IEC 17025 - “Yoxlama və sınaq işlərinin yetərliliyi” sertifikatına layiq görülmüş, dağılan və dağılmayan sınaq işləri üzrə akreditasiya olunmuşdur.

Mərkəz aşağıdakı şöbələrdən təşkil olunub:
 1. Defektoskopiya Şöbəsi;
 2. Qaynaqçıların Attestasiya olunması və Qaynağa Nəzarət Şöbəsi;
 3. Mexaniki Sınaq Şöbəsi;
 4. Qaynaqçıların Sertifikatlaşdırılması Şöbəsi.

 

 

Mərkəzin balansında aşağıdakı rentgen aparatları və digər avadanlıqlar var:
S/sAparat və avadanlıqların adSayıİşçi parametriÖlçü həddi
1Rentgen aparatı“BALTOSPOT GFC-305”2 ədəd100-300 kV 3-5 mA48mm
2Rentgen aparatı“SMART–225”1 ədəd70-225 kV 3-4mA40mm
3Rentgen aparatı “ARİNA” 3 ədəd200kV25mm
4Rentgen aparatı “CRAWLER C-400” 1 dəst100-300 kV 3-5 mA55mm
5Ultrasəs aparatı “USN-52R/L”2 ədəd2-10 MHs500mm
6Maqnit aparatı “YOKE”1 ədəd1RH 300 amp 
7Poladın qalınlığını ölçən cihaz “ELCOMETER” 1 ədəd 0,1-60mm
8Avtomatik aşkarlayıcı maşın “STRUCTURİX NTD-U”2 ədədfilmin aşkarlanma müddəti max. 6-12dəq 
9Neqadaskop WİLNOS “Lanqfold-S”2 ədəd120,000cd/m2 
10Dağıdıcı maşın “ALŞA”1 ədədPM-50kN 
11Nümunələrin zərbə özlülüyünü “ŞARPI” metodu ilə yoxlamaq üçün “UO 5003-03” markalı rəqqaslı kopyor1 ədəd300 Coul 
12Radiometr “X-Ray Gamma”2 ədəd0-2000 Sv 
13Denistometr “Gre TaG D 200”2 ədəd0,00D>6.0D 

 

 

Mərkəz aşağıdakı üsullarla qaynaqçıların hazırlanmasını və sertifikatlaşdırılmasını aparır:
S/sQaynaq üsullarıKodu
1Örtüklü elektrodla əl-qövs qaynağı (E)111
2İnert qaz mühitində yarımavtomat metal-qövs qaynağı (MİG)131
3Aktiv qaz mühitində yarımavtomat metal-qövs qaynağı (MAG)135
4Toz özəkli elektrodla metal-məftil-qövs qaynağı136
5İnert qaz mühitində volfram elektrodla qövs qaynağı (TİG)141

 

 

TS EN ISO/IEC 17025 beynəlxalq standartına əsasən mərkəz aşağıda göstərilən sınaq növlərini yerinə yetirir:
Sınağın növüAdıStandartı
Mexaniki sınaqlar
Dartma sınağı
Əymə sınağı
Zərbə özlülüyü sınağı
Sərtlik sınağı
EN 895:1995
EN 10002-1:2001
EN 910:1996
EN 875:1995
EN 1043-1:2003
Dağılmayan sınaqlar
Makroskopik sınaq
Radioqrafik sınaq (RT)
Ultrasəs üsulu ilə sınaq (UT)
Maqnit tozu ilə sınaq (MT)
Penetrant sınaq (PT)
EN 1321:2003
ASME B31-3-2002
API 1104:1999
ASME B31-3-2002
ASME B31-3-2002
ASME B31-3-2002

 

 

Mərkəzdə aşağıda göstərilən Beynəlxalq Sertifikatlara malik işçilər çalışır:
S/sSertifikatların adıSəviyyə(level)Standartın adıİşçilərin sayı
1Beynəlxalq Qaynaq Mühəndisi  1
2Radioqrafiya üzrə Beynəlxalq SertifikatIIEN 4731
3Radioqrafiya üzrə Beynəlxalq SertifikatIIASNT-CP 18911
4Maqnit tozu ilə müayinə üzrə Beynəlxalq SertifikatIISNT-TC-1A2
5Ultrasəs müayinə üzrə Beynəlxalq SertifikatIISNT-TC-1A4
6Penetrant test üzrə Beynəlxalq Sertifikat IISNT-TC-1A7
7Qaynaq inspektoruIICSWIP-WI-6-9213
 CƏMİ  39

 

 

   Trest müxtəlif vaxtlarda qaynaq prosedurlarının və qaynaq nümunələrinin hazırlanmasında, qaynaqçıların attestasiya olunmasında və onların sertifikatlaşdırılmasında “Bureau Veritas”, “American Bureau Shipping” (ABS), “Bodycote Materials Testing Services” şirkətinin Abu-Dabi (BƏƏ) filialı və digər şirkətlərlə sıx əməkdaşlıq etmişdir.
   2006-cı ilin aprel ayında BP Şirkətinin sifarişi ilə Gürcüstan Respublikasında həyata keçirilən “Cənubi Qafqaz Boru Kəməri” Layihəsi üzrə hazırlanmış qaynaq nümunələri “Bodycote Materials Testing Services” şirkətinin Abu-Dabi (BƏƏ) filialında sınaqdan keçirilmiş və müsbət rəy alınmışdır.