Ana səhifə Axtarış
  Trest  
  Bölmələr     İstehsalat sahələri  
  İşçi heyyəti  
  Avadanlıq     Qaynaq mərkəzi     Layihələr     Qalereya     Xəbərlər  
SON XƏBƏRLƏR

Elektrik laboratoriyası

TQİ və Xidmətlər

Aktivlər və passivlər

AXTARIŞ SİSTEMİ
İstehsalat sahələri.

    Dəniz hidrotexniki qurğuların, stasionar özüllərin üst hissələrinin, modulların, dayaq bloklarının qaynaq-quraşdırma, yığma və sınaq işlərini yerinə yetirmək məqsədilə, eləcə də açıq anbar və təchizat bazası kimi istifadə olunan, sahəsi 317000 kv.m olan Zığ İstehsalat Sahəsi var.

    Zığ İstehsalat Sahəsi dəniz kənarında yerləşir. Bu baza dənizin 140 metr dərinlikli hissəsi üçün, çəkisi 14000 tona qədər olan dayaq bloklarının və platformaların müxtəlif üst tikililəri, modulları da daxil olmaqla, dəniz stasionar platformalarının elementlərini konveyer üsulu ilə hazırlamaq üçün yaradılmışdır.

    Baza özünün, hər biri 6/0,4 kV-luq və 1000 kVA-lıq iki transformatorlu 6/0,4 kV-luq elektrik yarımstansiyası və qapalı beton kanallarda yerləşdirilmiş çoxşaxəli kabel sistemi vasitəsilə elektrik enerjisi ilə etibarlı şəkildə təmin olunur. Bütün Zığ bazası bağlı və qorunan perimetr ilə əhatə edilmişdir.

Baza həmçinin yanğına qarşı mərkəzləşdirilmiş mühafizə sistemi, kanalizasiya sistemi, içməli su sistemi ilə də təchiz edilmişdir.

Böyük Layihələrin yerinə yetirilməsi üçün tələb olunan infrastrukturun mövcudluğu, sahənin istehsal üçün zəruri olan bütün tələblərə cavab verməsi Şahdəniz Qaz İxracı Layihəsinin məhz "Neftqaztikinti" Trestinin Zığ İstehsalat sahəsində yerinə yetirilməsinə təkan vermişdir. ARDNŞ / TMOL (Teknip Meritaym Oversiz Limited) Alyansı bu sahədə Şahdəniz Qaz İxracı Layihəsi üçün TPG-500 qurğusunun Ölkə Daxili Tikinti işlərini yerinə yetirmişdir. Layihənin yerinə yetirilməsi üçün Zığ sahəsinə investisiya qoyulmuş, sahənin modernizasiya və abadlaşdırılması işləri yerinə yetirilmişdir. Trestin çoxlu sayda əməkdaşları bu Layihənin yerinə yetirilməsində bilavasitə iştirak etmişdir.