Ana səhifə Axtarış
  Trest  
  Bölmələr     İstehsalat sahələri  
  İşçi heyyəti  
  Avadanlıq     Qaynaq mərkəzi     Layihələr     Qalereya     Xəbərlər  
SON XƏBƏRLƏR

Elektrik laboratoriyası

TQİ və Xidmətlər

Aktivlər və passivlər

AXTARIŞ SİSTEMİ
Digər bölmələr.
İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (İTTİ) - "Havasız rəng- vurma", mexaniki və əl üsulu ilə dənizdə dərin dayaqlı stasionar platformaların, estakadaların, neft rezervuarlarının, təzyiq altında olan kollektorların, iri qabaritli metal-konstruksiyaların, sualtı boru xətlərinin, həmçinin quruda bütün növ metal-konstruksiyaların korroziyaya qarşı mühafizə tədbirləri ilə məşğul olur. Bundan başqa suda çəkiləcək boruların üst örtüklərinin betonlanması işləri ilə məşğul olur.
 
   
Yol Tikinti Təmir İdarəsi (YTTİ) - sifarişlərə əsasən asfalt-beton istehsalı, magistral yollara, estakadalara, küçə və meydançalara asfalt-beton örtüyün çəkilməsi işləri ilə məşğul olur.
 
   
 
   
Anbar Təsərrüfatı İdarəsi (ATİ) - trestin yerinə yetirdiyi istehsalat və tikinti-quraşdırma işləri üçün tələb olunan tikinti material və avadanlıqlarının təchizatı, qəbulu, saxlanması və buraxılması ilə məşğul olur.

İqtisadiyyat və Uçot Departamenti (İUD) aşağıdakı əsas vəzifə və funksiyaları yerinə yetirir:
  -   trestin fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, aktivlərinin saxlanması, dəyərinin artırılması və idarə edilməsi;
  -   gəlirlərin səmərəli idarə edilməsi, büdcə və büdcədənkənar fondlara ayırmaların və vergilərin düzgün hesablanması və vaxtında ödənilməsi, debitor-kreditor borcların idarə edilməsi;
  -   beynəlxalq təcrübədə qəbul edilmiş mühasibat uçotu standartlarının mənimsənilməsi və tətbiq edilməsi;
  -   mərkəzləşdirilmiş qaydada maliyyələşmənin, vergi və icbari ödənişlərin və mühasibat uçotunun aparılması və maliyyə nəzarəti;
  -   illik gəlirlər və xərclər smetasının hazırlanması və təsdiq etdirilməsi;
  -   əməyin təşkili və ödənilməsinə dair (vaxt, iş, xidmət) normativlərin işlənib hazırlanması;
  -   iqtisadiyyat, vergi, maliyyə və mühasibat uçotunun aparılması sahəsində digər vəzifə və funksiyalar.

Departament aşağıdakı şöbələrdən təşkil olunub:
  -   Mərkəzləşdirilmiş Mühasibat Şöbəsi;
  -   Maliyyə və Vergilər Şöbəsi;
  -   İqtisadi Təhlil və Proqnozlaşdırma Şöbəsi;
  -   Personal və Əmək Haqqı Şöbəsi.

Keyfiyyətə Nəzarət Departamenti
   Trest tikinti-quraşdırma və təmir işlərini beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirir və bu məqsədlə mütərəqqi iş üsullarından istifadə edir.

   Keyfiyyətə Nəzarət Departamenti (KND) 2001-ci ildə yaradılıb və aşağıdakı şöbələrdən təşkil olunub:
 1. Təhlükəsizlik, Ekologiya, Keyfiyyət Sistemlərinin Sertifikatlaşdırılması Şöbəsi;
 2. TEK Sistemlərinin Daxili Audit Şöbəsi;
 3. Keyfiyyətə Nəzarət Şöbəsi;
 4. Metrologiya və Ekologiya Şöbəsi;
 5. Əməyin Mühafizəsi Şöbəsi.

   Departament tikinti-quraşdırma və təmir işləri zamanı təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına, ətraf mühitin qorunmasına, tullantısız texnologiyanın istehsalata tətbiqinə, yerinə yetirilmiş işlərin keyfiyyətinə və təsərrüfat fəaliyyətində mütərəqqi iş üsullarının həyata keçirilməsinə nəzarət edir.
   Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə Təlim Mərkəzində müasir avadanlıqların köməyilə Trestin işçilərinə və digər işçilərə əməyin mühafizəsinin təşkili, təhlükəsizlik texnikası qaydaları, yanğın texniki minimumu, elektrik təhlükəsizliyi qaydaları, ilk tibbi yardım, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və əməyin gigiyenası üzrə təlimlər keçirilir.
   BP Şirkətinin sifarişi ilə həyata keçirilən “Şahdəniz” Layihəsi çərçivəsində KND tərəfindən həm BP-nin, həm də onun subpodratçılarının 1500 nəfər işçisinə “Yanğın Təhlükəsizliyi” üzrə kurslar keçirilmiş və müvafiq sertifikatlar verilmişdir.
   Bundan başqa KND beynəlxalq tender sənədlərinin SƏTƏMM və Keyfiyyətə Nəzarət bölmələrini hazırlayır, Azərbaycan Respublikasının qabaqcıl təşkilatlarında (“Azərsun Holding”, “Azneft” İB və s.) 2-ci tərəf xarici audit aparır.