 |
SON XƏBƏRLƏR |
|
|
|
|
 |
AXTARIŞ SİSTEMİ |
|
|
|
|
|
|
"NEFTQAZTİKİNTİ" TRESTİNİN TƏHLÜKƏSİZLİK, EKOLOGİYA VƏ KEYFİYYƏT SİSTEMLƏRİ ÜZRƏ POLİTİKASI
"Neftqaztikinti" Trestinin rəhbərliyi bəyan edir ki, amalımız və məqsədimiz beynəlxalq tələblərə əsasən görülən hər bir işi təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirib sifarişçinin böyük etimadını qazanmaqdır. Bunun üçün təhlükəsizlik, ekologiya və keyfiyyət sistemini daim təkmilləşdirmək və inkişaf etdirmək məqsədi ilə NQTT-nin rəhbərliyi önəmli hesab etdiyi aşağıdakı meyarlara əməl edir: - Azərbaycan Respublikasının Təhlükəsizlik, Ekologiya və Keyfiyyətlə bağlı qanunvericiliyində, Dövlət Qanun və Qaydalarında və ISO 9001, ISO 14001 və TS 18001 Beynəlxalq Standartlarında qarşıya qoyulan bütün tələblərə sözsüz əməl etməyi - Keyfiyyət, Təhlükəsizlik və Ekologiya sistemlərinin yaxşılaşdırılmasına müsbət təsir edən bütün metod və imkanlardan istifadə etməklə müasir texnika və texnologiyaların ən son nailiyyətlərinin tətbiqinə nail olmağı - İnsanların təhlükəsizliyinə, sağlamlığına, avadanlığa, ətraf mühitə və keyfiyyətə təsir göstərən bütün faktorların minimuma endirilməsinə nail olmağı - Keyfiyyət, Təhlükəsizlik və Ekologiya sistemlərinin daimi inkişafını nəzərə alaraq işçi personalın seçilməsi, yerləşdirilməsi, peşəkarlığının artırılması və maarifləndirilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyi - Yuxarıda göstərilən nailiyyətlərə çatmaq üçün bütün işçi personalın iştirakının təmin edilməsini və NQTT ilə əməkdaşlıq edən bütün tərəflərin ideya və təkliflərinə hörmətlə yanaşmağı
Rizvan Fərman oğlu Abasov "Neftqaztikinti" Trestinin müdiri 19.04.07

|
|
|
|
|