Haqqında
"Neftqaztikinti" Tresti ARDNŞ-in struktur bölməsidir. Trest Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının mənimsənilməsi və neft-qaz hasilatının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 07 may 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" Trestlərinin bazasında təşkil olunmuşdur. 1970-ci ildən başlayaraq Trest tərəfindən Neft Daşlarında ümumi sahəsi 45000 m2 olan 5 və 9 mərtəbəli yataqxana və inzibati binalar tikilərək neftçilərin istifadəsinə verilmişdir. Trest Bakının müxtəlif qəsəbələrində, Çilov və Pirallahı adalarında, Neft Daşlarında 600 min kv.m mənzil sahəsi, yəni 15 mindən çox mənzil tikib neft sənayesi işçilərinin istifadəsinə vermişdir. Dünya praktikasında ilk dəfə olaraq hələ 1972-1974-cü illərdə dənizdə dayaqlar üzərində ümumi uzunluğu 50 km olan, 110 kV-luq paylayıcı və transformator yarımstansiyaları da daxil olmaqla hava elektrik ötürücü xətti çəkilmişdir. Eləcə də, gərginliyi 35 kV-a qədər olan böyük miqdarda dəniz sualtı kabel xətləri çəkilmişdir. Trest ümumilikdə 1700 km-dən artıq sualtı boru kəməri çəkərək istifadəyə vermişdir. O cümlədən 750 km-dən çoxu "Süleyman Vəzirov" Boru Düzən Gəmisi vasitəsilə. Bundan əlavə Trest tərəfindən quruda 3300 km-dən artıq boru kəməri çəkilərək istifadəyə verilmişdir. Trest dənizin 130 metrə qədər dərin hissəsi üçün hər birinin çəkisi 9000-15000 ton olan 8 ədəd Stasionar Dərin Dəniz Özüllərinin (SDDÖ) dayaq bloklarını, üst tikililərini və modullarını tikərək təhvil vermişdir. "Çıraq" yatağında quraşdırılmış özüllər sonralar "Əsrin müqaviləsi" üçün İlkin Neftin İxracı Fazası tərkibində istifadə olunmuşdur. Bu özül ABƏŞ tərəfindən yoxlanılaraq qəbul edilmişdir. Müxtəlif illərdə Trest tərəfindən Rusiyanın Kuybışev su hövzəsində hər birinin uzunluğu 5 km olan D=700 mm-lik 8 ədəd sualtı qaz xətti, Xəzərin Türkmənistan sektorunda 40 km-dən çox sualtı boru kəməri, Sakit okean şelfində Cənub-Şərqi Asiyada (Vyetnamda) Vunqtau şəhəri yaxınlığında "Ağ Pələng" adlı neft yatağında 40 km sualtı boru kəmərinin tikintisi yerinə yetirilmişdir. Profil
Trest müxtəlif sifarişçilər üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir: - Dənizdə və quruda müxtəlif diametrli magistral neft-qaz boru kəmərlərinin tikintisi; - Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi; - Yeraltı qaz saxlama anbarlarının tikintisi; - Dəniz estakadalarının tikintisi (0-30m); - Liman və liman qurğularının tikintisi; - Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının tikintisi; - Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi; - Yataqların elektrik təchizatı sistemi; - Antikorroziya işləri; - Mülki tikinti; - Dəmir-beton məmulatlarının istehsalı; - Boruların betonlanması; - Metal-konstruksiyaların yığılması; - Asfalt-beton istehsalı; - Magistral yolların, küçə və meydançaların asfalt-beton örtüklənməsi; - Bütün növ tikinti material və avadanlıqlarının təchizatı.
Bölmələr
Trestin tərkibində 19 bölmə var, o cümlədən: 1. 1 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-1); 2. 2 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-2); 3. 3 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-3); 4. 4 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-4); 5. 5 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-5); 6. 6 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-6); 7. 7 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-7); 8. 8 saylı Tikinti Quraşdırma İdarəsi (TQİ-8); 9. Xüsusi Texnika İdarəsi (XTİ); 10. Avtonəqliyyat İdarəsi (Aİ); 11. İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi (İTTİ); 12. Yol Tikinti Təmir İdarəsi (YTTİ); 13. Dəmir Beton Məmulatları Zavodu (DBMZ); 14. Metal Konstruksiyaları Zavodu (MKZ); 15. Anbar Təsərrüfatı İdarəsi (ATİ); 16. Gürcüstan Nümayəndəliyi (GN); 17. İqtisadiyyat və Uçot Departamenti; 18. Keyfiyyətə Nəzarət Departamenti (KND); 19. Qaynaq Texnologiyası, Dağılan və Dağılmayan Müayinə Mərkəzi (QT, D və DM M). |